Emine Bulutun qatilinə hökm oxundu

21
okt
2019
16:16
Türkiyəni dəhşətə gətirən Emine Bulut cinayəti ilə bağlı hökm oxunub.BAKU.WS “internethaber.com”a istinadən xəbər verir ki, Emine Bulut 18 avqustda 10 yaşlı qızı ilə kafedə yemək yeyən zaman əri Fedai Varan tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi.Bu gün keçirilən məhkəmə prosesində ona “qəsdən adam öldürmə” maddəsi ilə ömürlük həbs cəzası verilib.Onun vəkili cinayətin vəhşicə tördilmədiyini iddia edərək cəzanın azaldılmasını istəsə də, onun tələbi rədd edilib. F.Varan isə son söz haqqından istifadə etmək istəməyib.Qeyd edək ki, uşağın vəkalət hüququnun Fedai Varandan alınması üçün də müraciət edilib.
Oxşar xəbərlər
Ərdoğan Emine Buluta görə Türkiyədə ölüm hökmünü tətbiq edə bilər - VİDEO
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Trabzonda vətəndaşlarla görüşüb.BAKU.WS “Haberler”ə istinadən xəbər verir ki, Ərdoğan görüşdə Türkiyəni dəhşətə gətirən...
