SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Prezidenti Donald Tramp Türkiyənin Suriyada keçirdiyi antiterror əməliyyatı ilə bağlı növbəti açıqlama verib.

BAKU.WS xəbər verir ki, o, Türkiyə ordusunun hücum etdiyi bölgələrdən ABŞ əsgərlərini çıxardığını və işini mükəmməl gördüyünü söyləyib.

Tramp bununla belə ABŞ-ın qarşıda 3 seçiminin olduğunu söyləyib.

“Ya ora əsgər göndərəcəyik və hərbi olaraq qalib gələcəyik, ya Türkiyəni iqtisadi olaraq sanksiyalarla vuracağıq, ya da tərəflər arasında razılaşma üçün vasitəçilik edəcəyik. Lakin indi orada əsgərimiz yoxdur. Ən son istəyəcəyim şey minlərlə əsgəri yenidən Suriyaya göndərmək və qalib gəlməkdir”.

Qeyd edək ki, Türkiyə ordusu gündür sərhəd bölgələrinin təhlükəsizliyini təmin etmək məqsədilə Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı əməliyyat keçirir.
BAKU.WS