Kimya üzrə Nobel mükafatçıları açıqlandı

09
okt
2019
15:52
2019-cu il Kimya üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb.BAKU.WS İHA-ya istiandən xəbər verir ki, mükafat litium-ion batareyalarını hazırlayan və inkişaf etdirən Con Qudenof (ABŞ), Stenli Uitinqem (Böyük Britaniya) və Akira Yoşinoya (Yaponiya) verilib.Bu üç alimin etdiyi kəşf noutbuklar, elektriklə çalışan texnikalar və bir çox alətlər üçün inqilabi tapıntıdır.Qeyd edək ki, litium-ion batareyasını 1970-ci ildə Uitinqem kəşf edib. Daha sonra Qudenof bu batareyanın gücünü 2 dəfəfə qədər artırıb. Yoşino isə daha təhlükəsiz vəziyyətə gətirib.
Oxşar xəbərlər
Bu alimlər fiziologiya və tibb üzrə Nobel mükafatları alıblar - FOTO
Bu gün 2019-cu il fiziologiya və tibb üzrə Nobel mükafatının qalibləri müəyyənləşib. BAKU.WS xəbər verir ki, bu barədə Nobel Komitəsinin rəsmi saytı məlumat yay...
