Snoudendən xəbərdarlıq: ““WhatsApp”dan istifadə etməyin”

17
sen
2019
17:58
ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı, kompüter mütəxəssisi Edvard Snouden dövlətlərdə yüksək vəzifə tutan insanları “WhatsApp” messencerində məlumatların şifrləmə səviyyəsinin aşağı olması səbəbindən ondan istifadə etməməyi tövsiyə edib.BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, o, bu bəyanatı Fransanın “France Inter” radiostansiyasına müsahibədə səsləndirib.Snoudenin sözlərinə görə, hökumətdə ciddi məsələlərlə məşğul olan şəxs “WhatsApp”dan istifadə etməklə səhvə yol verir.“Signal” və “Wire” proqramlarından istifadəni tövsiyə edən E.Snouden fikrini onların daha yaxşı şifrləmə səviyyəsinə malik olması və “Facebook” şirkətinə məxsus olmaması ilə izah edib.
Oxşar xəbərlər
“WhatsApp”da yeni funksiya
“WhatsApp”ın tərtibatçıları messencerdə yeni funksiyaların istifadəyə verilməsini elan ediblər.BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, mütəxəssislər indi m...