SİZİN REKLAM BURADA!
055 213 76 73


“Müqəddəs Quranda öz irqinin qorunmasından savayı tətbiq edilən zorakılığın qəbuledilməz olduğu deyilir. Bax elə, öz irqini, vətənini qorumaq üçün biz Səudiyyə krallığına uyğun yardımı göstərməyə hazırıq”.

BAKU.WS 
xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin dron hücumuna məruz qalan Səudiyyə Ərəbistanına S-400 zenit-raket kompleksi almağı tövsiyə edərkən bildirib.

Bundan başqa, İran Prezidenti Həsən Ruhani “Daha yaxşı nə ola bilər? S-300, yaxud S-400...”, - deyə Putindən soruşub.

Rusiya lideri isə onun cavabını belə verib: “Qoy, seçsinlər”.

Putin sonda yenə Qurandan sitat gətirib:

“Müsəlman əhalinin üstünlük təşkil etdiyi Türkiyədə olub, Qurani-Kərimin sətirlərini xatırlamamaq olmaz: Allahın mərhəmətini xatırlayın.

Siz nə zamansa düşmən idiniz, Allah sizin qəlblərinizi barışdırdı və sizi qardaş etdi. Bax elə düşünürəm ki, buradan başlamalıyıq”.
BAKU.WS
VİDEO