SİZİN REKLAM BURADA!
055 213 76 73


Atəşli silahlar kompüter oyunlarında keyfli vaxt keçirmək maraqlı olsa da, həqiqətdə əsl təhlükədir.

BAKU.WS xəbər verir ki, yaradılışdan bəri silahlarla yaxın təmasda olan insanlar zaman keçdikcə silahları təkmilləşdirmiş, daha böyük qırğınlara səbəb olanlarını hazırlayıblar.

Orta əsrlərə qədər qılınc və ona bənzər kəsici alətlərdən istifadə edən insanlar, barıt kəşf olunduqdan sonra atəşli silahlar da hazırlamağa başladılar. Həmin dövrdən bu günə qədər isə atəşli silahlar daim təkmilləşdirilir və ən təhlükəliləri hazırlanır.

Onlardan bir neçəsini təqdim edirik:

1. “FN FAL”
“Fabrique Nationale d’Herstal” tərəfindən Belçikada istehsal olunan bu silah ən təhlükəli atəşli silah hesab edilir. 7.62x51mm standart mərmidən istifadə edir. Dəqiqədə 700 mərmi ata bilir. İlk dəfə 1953-cü ildə istehsal edilən bu silahdan bu günə qədər 2 milyon ədəd hazırlanıb.




2. “Rheinmetall MG 3”
Alman istehsalı olan bu pulemyotu həm yüngül, həm də ağır hərbi texnikalarda istifadə edilə bilir. Bu silah da NATO-nun standart 7.62x51mm çaplı mərmilərini istifadə edir və dəqiqədə 1300 güllə atır.




3. “Uzi”
İsrail Müdafiə Qüvvələrindən Uziel Qal tərəfindən hazırlanmış yüngül texnikalı pulemyotdur. Yarı avtomatik və tam avtomatik olmaqla iki versiyada istifadə edilir. Dəqiqədə 600 ədəd 9 mm-lik mərmi atır.

Yığcam formada olan bu silahı hərbi texnika sürücüləri də rahat istifadə edə bilir. Qeyd etmək lazımdır ki, “Uzi” cinayətkar dəstələr arasında da olduqca məşhurdur.


4. .45 kalibr “Glock G.A.P”
Avstriyanın “Gaston Glock” şirkəti tərəfindən istehsal edilən bu avtomatik tapancada .45 kalibrli mərmilə istifadə edilir.” Glock 37”, “Glock 38” və “Glock 39” kimi fərqli versiyalarıvar. Rahat daşındığı və istifadə edildiyi üçün ordularda geniş yayılıb.




5. “Kalaşnikov AK-47”
Mixail Kalaşnikov tərəfindən hazırlanan və nun adı lə adlandırılan bu silah dünyanın ən təhlükəli atəşli silahlarından biri hesab edilir.
Dəqiqədə 580 mərmi ata bilir. Əslində ağır texnikalı silah xüsusiyyətinə malik olsa da, yüngül texnikalı və ya snayper atıcılarının silahı kimi də qəbul edilir.



6. “Heckler & Koch HK416” hücum avtomatı
“M4” avtomatı əsasında hazırlanan “HK416” avtomatı 5.56x45mm mərmilərini istifadə edir. Üzərinə yerləşdirilən əlavə təchizatlarla fərqli funksiyalar qazanan bu silahın ən kiçik uzunluğu 26,4 sm, ən çox uzunluğu isə 50,5 sm olur. Dəqiqədə 900 mərmi ata bilir.




7. “Desert Eagle Mark XIX” (Çöl qartalı)
Qartala bənzəyən dizaynına görə “Çöl qartalı” adlandırılan bu silah ilk dəfə 1982-ci ildə “Magnum Research” tərəfindən istehsal edilib. Yarı avtomatik tapanca olan “Desert Eagle Mark XIX” 200 metr məsafədəki hədəfi rahatlıqla vura bilir.




8. “Tracking Point”
Bu silahda süni intellektdən istifadə edilib. Belə ki, GPS şəbəkəsinə bağlı olaraq işləyən “Tracking Point” hədəfi izləyə bilir. 7.62x51mm mərmi ilə işləyir.




9. “AS50” snayper avtomatı
“Accuracy International” tərəfindən istehsal edilən “AS50” ən təhlükəli silahlardan biridir. “.50 BMG” mərmilər istifadə edilən bu silahda hədəfi 1500 metrdən vura bilir. Silah, üzərində aparılan texnoloji yeniliklər ayəsində partlayıcı mərmilər funksiyasını da əldə edib.




10. “M4 Carbine”
Xüsusilə ABŞ ordusunda populyar olan bu silah “M16”nın yığcam versiyasıdır. Yarı avtomatik və üçlü atəşləmə versiyalarında istifadə olunan “M4 Carbine” 5.56x45mm ölçülü mərmiləri atır. Dəqiqədə 950 güllə atmaq mümkündür. Atəş gücü və rahat daşınma imkanına görə ən təhlükəli silahlardan hesab edilir.


BAKU.WS