SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Manisa şəhərində parkda ağacları suvaran bələdiyyə işçisi içərisində 200 min lirə, 3 min avro, 500 dollar və 1,5 milyon lirə yazılmış çek aşkarlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti yazıb. 

Nəşrin yazdığına əsasən, olay şəhərin Osman Qazi parkında qeydə alınıb. 

Durmuş Uğur adlı bağban park ərazisində sahibsiz çanta aşkar edib. Çantanın içini yoxlayan bağban orada külli miqdarda pul görüb. Dərhal Bələdiyyə işçilərinə məlumat verən bağban çantanı da onlara təslim edib. 

Araşdırmadan sonra çantanın Manisa və İzmirdə yanacaqdoldurma məntəqələri olan iş adamı Mahsun Örgeyə məxsus olması müəyyənləşib. O, parkdan qohumun cənazəsinə tələsik yollandığı üçün çantasını unutduğunu bildirib. 
BAKU.WS
QALEREYA