Kadırov Şeyx Şamili çeçen xalqının məhvində ittiham edib

Kadırov Şeyx Şamili çeçen xalqının məhvində ittiham edib
Siyasət 2126
"Çeçenistan Respublikasının ərazisinə qanunsuz quldur basqınlarının əsas iştirakçısı və təşəbbüskarı dağıstanlılar olub". BAKU.WS xəbər verir ki, bu sözləri Çeçenistan prezidenti Ramzan Kadırov "Çeçnya Seqodnya" agentliyinə müsahibəsində deyib. Ramzan Kadırov açıqlaması zamanı bildirib ki, çeçen xalqının məhvində Şeyx Şamil günahkardır: "1840-ci ildə İmam Şamil Dağıstandan Çeçenistana 400 nəfərlik dəstə ilə gəlib. Martın 8-də Urus-Martanda özünü Çeçenistan və Dağıstanın imamı elan edib. Həmin gündən sonra 20 il ərzində bir neçə dəfə yandırılmayan kənd qalmadı, Çeçenistan sakinləri dağlara getməyə məcbur qaldı, qadınlar, uşaqlar və yaşlılar soyuqdan və aclıqdan öldülər. İmam Şamil Rusiya ilə sülh haqqında danışan hər bir çeçeni edam etdirir, yaşayış məntəqələrini yandırtdırır və ağsaqqalları Qurana and içdirərək Rusiyaya qarşı müharibə aparmağa məcbur buraxırdı".Çeçenistan prezidenti əlavə edib ki, Şeyx Şamilə ruhani kimi hörmət etsə də, onun çeçen xalqına qarşı rəftarını başa düşmədiyini vurğulayıb: "İmam Şamil olduğu illər ərzində çeçen xalqının sayı iki dəfədən çox, kişilərin sayı isə 70% azalıb. Biz onun xatirəsini bir ruhani olaraq hörmətlə anırıq, amma bilmək istəyirik ki, niyə Çeçenistanda olanda 19 il Rusiya ilə vuruşdu və Çeçenistanın məhvinə səbəb oldu. Dağıstana qayıtdıqdan dörd ay sonra Rusiyaya təslim olub zadəgan oldumu? Bu, Çeçenistan və xalqına qarşı terror deyil, bəs nədir? Yoxsa ikili standartlar 19-cu əsrdə yaranıb?”.

Oxşar xəbərlər

Ramzan Kadırov Bakıda: "Qardaş ölkəni salamlayıram" (VİDEO)

Ramzan Kadırov Bakıda: "Qardaş ölkəni salamlayıram" (VİDEO)

Çeçenistan Respublikasının dövlət başçısı Ramzan Kadırov Bakıdadır. BAKU.WS-in məlumatına görə, çeçen lider Instagram-da paylaşım edib. Bakıdan video paylaşan K...

10463 Video 15:09 27 noyabr 2018

Son xəbərlər