Merkel niyə belə titrəyir? - Səbəbi bilindi (VİDEO)

Merkel niyə belə titrəyir? - Səbəbi bilindi (VİDEO)
Video
Siyasət 3287
Almaniya kansleri Angela Merkelin rəsmi tədbirlər və konfranslarda bir neçə dəfə titrəməsi dünya mətbuatının əsas gündəminə çevrilmişdi.BAKU.WS “Ahaber”ə istinadən xəbər verir ki, Merkel titrəməsini susuz qalmaqla əlaqələndirsə də, mütəxəssislər fərqli fikirlər ortaya atıblar.Belə ki, kanslerin titrəməsinə səbəb olaraq Hipoqlikemiya - qanda şəkərin normadan az olmasını göstəriblər.Məlumata görə, bu xəstəliyin başlanğıcında bulanıq görmə, baş ağrısı, baş gicəllənməsi, tərləmə və özündəngetmə hiss edilir. Xüsusilə Tip-1 şəkərli diabet xəstələrində bu titrəmə həftədə 1-2 dəfə baş verə bilir.Bundan başqa, aclıq, yuxusuzluq və əsəbi olmaq da hipoqlikemiyaya səbəb ola bilir.Qeyd edək ki, normalda qanda (plazmada) şəkərin miqdarı acqarına 3,9 mmol/l (70 mq/dl) - 6,1 mmol/l (110 mq/dl) olmalıdır. Bəzi səbəblərdən qanda şəkərin miqdarının qəfil aşağı düşməsi (3,9 mmol/l-dən və ya 70 mq/dl-dən aşağı) müşahidə olunur, bu da hipoqlikemiya adlanır.Fərid ƏDALƏT

Oxşar xəbərlər

Bu içkilər xərçəng riskini artırır

Bu içkilər xərçəng riskini artırır

Bu içkilər xərçəng riskini artırır. Fransalı elm adamlarının apardığı araşdırmaya görə, gün ərzində 100 mq-dan çox şəkərli içki xərçəng riskini 18 faiz artır.BA...

2023 Sosial 23:51 15 iyul 2019

Son xəbərlər