Baham adalarında helikopter qəzaya uğrayıb.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 7 amerikalını Qrand Qrey adasından ABŞ-ın Florida ştatına aparan helikopter havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib.

Axtarışlar nəticəsində helikopterin qalıqları adadan 3 km aralıda tapılıb.

Qəza nəticəsində helikopterdəki 7 nəfər (4 qadın, 3 kişi) dünyasını dəyişib.

“The Register-Herald” qəzeti qəzada ölənlərdən birinin “kömür kralı” adlandırılan biznesmen Kristofer Klayn olduğunu yazıb.

Qeyd edək ki, “Forbes”in son açıqladığı siyahıda 62 yaşlı Klaynın sərvəti 1,8 milyard dollar göstərilib.

Fərid ƏDALƏT
BAKU.WS