
Moskva ətrafında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapılıb.
TASS agentliyinin məlumatına görə, qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur.
Qeyd edək ki, təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub.
***
saat 16.28
Moskvanın "Domodedovo" aeroportundan havaya qalxan "An-148" sərnişin təyyarəsi havaya qalxandan az sonra radardan itib.
BAKU.WS RİA Novosti-yə istinadən xəbər verir ki, Moskvadan Orska uçan sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonuna düşüb.
Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü var. Hələlik onların taleyi haqda məlumat yoxdur.