VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsinə hərbi müdaxilə olmayıb.
 
APA-nın "Associated Press”ə istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstandakı ABŞ rəsmisi bildirib. O qeyd edib ki, təyyarə mayın 18-də yerli vaxtla saat 2:30-da havaya qalxarkən qanadlarından biri uçuş zolağına sürtünüb.
 
ABŞ rəsmisi əlavə edib ki, "SilkWay” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb. Onun sözlərinə görə, Helmand vilayətindəki Kamp Duayer hərbi aerodromundan qalxarkən təyyarənin göyərtəsində 9 nəfər olub, sağ qalan 2 nəfər tibbi yardım üçün Qəndahar aerodromuna gətirilib. 
 
Qeyd edək ki, Azərbaycanın "SilkWay” şirkətinə məxsus yük təyyarəsinin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub. Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb. Komissiya üzvlərinin bu gün hadisə yerinə gedəcəyi gözlənilir.
 
Bəzi məlumatlara görə, qəza təyyarənin mühərrikinin sıradan çıxması nəticəsində baş verib.
 
BAKU.WS