SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyada sərnişinin ələ keçirməyə cəhd etdiyi təyyarə Xantı-Mansiysk şəhərinin hava limanında eniş edib.

BAKU.WS
  yerli mətbuata istinadən xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyat Agentliyinin Hava Nəqliyyat İdarəsinin Ural Regionlararası Ərazi İdarəsinin rəhbəri Aleksandr Şulepov bildirib ki, göyərtədəki sərnişinlərdən birinin xuliqanlığı nəticəsində təyyarə Xantı-Mansiyskə yönəldilib.

69 sərnişini daşıyan SU1515 Surqut-Moskva reysi məcburi şəkildə kursunu dəyişib və Xantı-Mansiysk şəhərinin hava limanında eniş edib.

Reysin kursunu dəyişməsinə səbəbkar olan sərnişin saxlanılıb.

16:08

Rusiyada Surqut-Moskva aviareysinin sərnişini təyyarəni ələ keçirib və onun səmtini Əfqanıstana yönləndirməyi tələb edib.

BAKU.WS
İnterfaxs-a istinadən xəbər verir ki, hazırda "Boinq 737" təyyarəsi kursu dəyişib və yaxınlıqdakı Xantı-Mansiysk aeroportunda eniş edəcək.

Təyyarənin göyərtəsində 69 sərnişin, həmçinin 7 heyət üzvü var. Sərnişinlərdən biri körpədir.

Təyyarəni ələ keçirənin fotosu artıq əldə edilib. Onun 41 yaşlı Rusiya vətəndaşı Pavel Şapovalov olduğu ehtimal edilir.

Zülfiyyə Qurbanova
BAKU.WS