47 il sonra Suriyada BİR İLK - Prezident Əhməd Əş-Şaraa ilk özü sınaqdan keçirdi
Suriyada 47 ildən sonra bir ilk yaşanıb. Prezident Əhməd Əş-Şaraa Şamdakı bir restoranda "Visa" kartı ilə ödəniş edərək beynəlxalq maliyyə sisteminə dönüşü elan edib.
BAKU.WS xəbər verir ki, bu uzun illər davam edən beynəlxalq sanksiyalardan sonra qlobal maliyyə sisteminə yenidən inteqrasiya olunmağa çalışan Suriyada tarixi bir addım hesab edilib.
Bu barədə "Syria TV" məlumat yayıb .
Hadisədən sonra rəsmi açıqlama verən "Visa" şirkəti, Suriya Mərkəzi Bankı, "Fransabank" və "Paymera" ilə tərəfdaşlıq çərçivəsində ölkədə beynəlxalq kart əməliyyatının uğurla sınaqdan keçirildiyini təsdiqləyib.
Bildirilib ki, bu yenilik xarici qonaqların ödəniş prosesini asanlaşdıracaq və Suriyanın qlobal rəqəmsal iqtisadiyyata inteqrasiyasını sürətləndirəcək.
Maliyyə sektorundakı bu yenilik ABŞ Maliyyə Nazirliyinin Suriyanı 1979-cu ildən bəri daxil edildiyi "terroru dəstəkləyən dövlətlər" siyahısından çıxarmasından dərhal sonra baş tutub. Vaşinqtonun sanksiyaları yumşaltmaq öhdəliyinin bir hissəsi olan bu qərarla Suriya iqtisadiyyatında yeni dövrün əsası qoyulub.
💳 Syrian President Ahmad al-Sharaa uses a Visa card to pay at a restaurant in Damascus, as the country moves to reconnect with the global financial system
— Anadolu English (@anadoluagency) August 27, 2026
📌 Visa says it has also successfully tested a live international card transaction in Syria
📌 The move follows the US… pic.twitter.com/7c4apTcwqt
Oxşar xəbərlər
Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi
ABŞ Prezidenti Donald Tramp ölkədə fövqəladə vəziyyət elan edib. Ağ Ev rəhbəri bunu ölkənin enerji sistemini qorumaq üçün edib. BAKU.WS xəbər verir ki, bu barə...