SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ-ın Massaçusets ştatının Boston şəhərinin sakini 10 dəqiqəli milyoner olub.

BAKU.WS
xarici mətbuata istinadən xəbər verir ki, iyulun 18-də 26 yaşlı Ellen Fleminq “TD Ameritrade” şirkətinin əməkdaşından gələn səsli mesada hesabına məbləğin yatırılması ilə bağlı məlumat təqdim edilib.

O, hesabına baxdığı zaman burada milyon dollardan çox pul olduğunu görüb.

Fleminq pulları gizli saxlamağa istəyini etiraf edib: “Sənə verilən bütün şanslardan istifadə etməlisən. Ancaq bu şans məni federal həbsxanaya apara bilərdi. Buna dəyməzdi”.

Ellen anası ilə məsləhətləşdikdən sonra həmin şirkətə zəng edərək səhvən hesabına yatırılan milyon barədə məlumat verib. Şirkətdən bildirilib ki, pullar şirkətin eyni ad və soyad daşıyan Floridadakı əməkdaşına çatmalı imiş.

Artıq 10 dəqiqədən sonra onun hesabında 63 dollar qalıb.

Zülfiyyə Qurbanova
BAKU.WS