SİZİN REKLAM BURADA!
055 213 76 73



Rayan adlı 6 yaşındakı uşaq bir il ərzində Youtube-da 11 milyon dollardan çox qazanıb.

BAKU.WS-in məlumatına görə, "Ryan ToysReview" kanalı hesabına 6 yaşındakı uşaq artıq milyonçudur. 

Rayan, 4 yaşındaykən oyuncaq videolarını seyr etməyə başladı və 2015-ci ilin mart ayında valideynləri onun üçün kanal açmaq qərarına gəlib. Kanal demək olar ki, hər gün bir qiymətləndirmə aparır.

2015-ci ilin iyul ayında yayımlanan bir videonun məşhurlaşmağı hesabına "Ryan ToysReview" kanalının abunə sayı artırmağa başladı. Hazırda kanalın 10 milyondan çox təqibçisi var.

Kanal indi oyuncaqları, eləcə də uşaqlar üçün ərzaq və digər məhsulları nümayiş etdirir. 10 milyon təqibçisi olan kanalın yalnız reklam gəlirindən ayda 1 milyon dollara yaxın qazandığı bildirilir.

BAKU.WS