SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) köhnə dollar banknotlarından faydalı şəkildə istifadə edilməsinə qərar verib.

"Banks.eu” saytının məlumatına görə, FES-in dövriyyədən çıxmış pulların yenidən emal edilməsi sistemi köhnə banknotları gübrəyə çevirəcək. İndiyədək dövriyyədən çıxarılan və doğranılan pullar zibil qutusuna atılırdı. İndi yeni emal üçün nəzərdə tutulmuş innovativ sistem həmin pulları faydalı gübrəyə çevirəcək. Köhnə dollarlarla gübrələnmiş torpaqdan meyvə-tərəvəz və digər bitkilərin, ağacların yetişdirilməsi üçün istifadə etmək olar.

"Federal Ehtiyat Bankında gündə orta hesabla təxminən 6 milyon dövriyyədən çıxmış dollar banknotları məhv edilir", – deyə bankın baş biznes-analitiki Din Voys bildirib.
 
BAKU.WS