SİZİN REKLAM BURADA!
055 213 76 73


Yuxunun sağlamlıq üçün əhəmiyyəti illərdir tədqiqatçıların, həkimlərin və psixoloqlaırn diqqət mərkəzindədir. Bir çox ekspertlər deyirlər ki, böyüklər üçün ümumilikdə 7-9 saat yatmaq idealdır.

Ən son araşdırma sağlam beyin üçün nə qədər yuxu lazım olduğunu ortaya qoydu!

Təsadüfi deyil ki, insan həyatının üçdə bir hissəsini yuxuda keçirir. Lakin bu qayda ilə razılaşmayanlar da az deyil. Bəzi insanlar düşünürlər ki, ağlı başında olan heç bir insan ömrünün üçdə birini yastığa bağışlamaz.

Düzgün yuxu rejimi insan həyatında ən önəmli amillərdən biridir. Lakin bu rejim və ya yuxu saatları hamı üçün eyni deyil.

Bəs hansı düzgündür? Ümumiyyətlə, gənclər yuxu rejimini necə tənzimləməlidirlər? Həmişə eşitdiyimiz "İnsan sutkada 8 saat yatmalıdır” fikri düzgündürmü?

İnsanların az və ya çox yatmaqdansa, özləri üçün uyğun yuxu vaxtına qərar vermələri vacibdir. Araşdırmada yuxu müddəti sabit olmayan insanlarda nizamlı yatanlarla müqayisədə fərqli nəticələr müşahidə edilib.

Bəs 8 saat yatmağın beynimizə təsiri nədir?

Geniş araşdırmalar göstərir ki, beynin təmizləmə sistemi gecə saatlarında sürətlənir. Bu yuxu tərzi insan beynindəki Alzheimer xəstəliyini yaradan zəhərli birləşmələri təmizləyir.

Böyük qruplar üzərində aparılan araşdırmalar, həmçinin yuxu müddəti qeyri-adi dərəcədə qısa və ya uzun olan insanların sağlamlıq vəziyyətinin daha pis olduğunu müəyəyn olunub.

O cümlədən, az, yaxud çox yatan insanlardan Alzheimer xəstəliyinin əlamətlərindən biri olan yaddaş itkisi və beyin kiçilməsinin olduğu aşkar edilib.

Araşdırmalar yalnız yuxu müddəti ilə sağlamlıq arasındakı əlaqəni müəyyən edə bilər. Lakin qeyri-kafi yuxunun sağlamlıq probleminə səbəb olub-olmadığını söyləmək mümkün deyil.

Norveçin Oslo Universitetindən Anders Fjell belə məlumatların təsadüfi bir araşdırma vasitəsilə əldə edilə biləcəyini bildirir. Lakin bunu etmək demək olar ki, mümkün deyil.

Çünki yuxu vərdişlərini istənilən müddət ərzində dəyişməyə razı olan insan tapmaq demək olar mümkün deyil.

Əvvəlcə onlar təxminən 47.000 insanın mövcud məlumatlarından istifadə edərək, zamanla yuxu müddəti ilə bağlı beyin həcminə baxıblar. Burada ən yüksək beyin həcmi 6,5 saat gecə yuxusu ilə əlaqələndirilib.

Fjell deyir ki, ilk analizdəki nəticə yuxu pozğunluğuna səbəb olan beynin kiçilməsi ilə izah edilə bilər. Alternativ olaraq, təbii olaraq kiçik və ya daha böyük beyinləri olan insanlar naməlum səbəbdən daha az yatmağa meylli ola bilərlər.

Tədqiqatçılar həmçinin araşdırmalardan birində toplanmış genetik məlumatlardan istifadə edərək 30 000-ə yaxın insanın üzərində təhlil aparıblar.

Bu analiz, genetik olaraq qısa və ya uzun yuxu müddətinə meylli olanların daha normal müddətlər yatanlarla müqayisədə daha kiçik beyin həcmlərinə malik olmadığını ortaya qoydu.

Komandanın gəldiyi nəticə çətin ki, hamını razı salsın. İnsanlara gecə 8 saat yatmağı tövsiyə edən Berkeleydəki Kaliforniya Universitetinin nevrologiya və psixologiya professoru Metyu Yuolker deyib ki, beyin sağlamlığının əsas ölçüsü beyinin ümumi həcmi deyil, neyron sıxlığıdır.

Alim həmçinin qeyd edib ki, yuxu keyfiyyətinin ən mühüm ölçüsü insanların ümumi yuxu miqdarından çox, beyin dalğalarının yavaşladığı dərin yuxuda nə qədər vaxt keçirməsidir. Mütəxəssis heç kimə yuxu vərdişlərini qəsdən dəyişməyi tövsiyə etməyib.

Qeyd edək ki, ABŞ Milli Yuxu Vəqfi yuxu ehtiyacının ödənilməsinin insan həyatında böyük əhəmiyyətə malik olduğunu vurğulayıb və yaş qruplarına görə müəyyən yuxu vaxtlarını təyin edib.

Qurumun tövsiyələrinə görə, insanlar 0-3 aylıq uşaq olduqda 17 saat, 4-11 aylıq uşaq olduqda 11-13 saat, 1-2 yaş arasında 9-16 saat, 3-5 yaşda 13 saat, 6-13 yaşda 10 saat, 14-17 yaşda 11 saat, 18-25 və 24-64 yaş aralığında 8-9 saat yatmalıdır. Xüsusilə dünyada gənclər üçün ümumi yuxu rejimi 8 saat müəyyən olunub.

BAKU.WS