Tətil üçün Amerikadan İstanbula gələn türk əsilli model Aleksandra Sabuncu beşinci mərtəbədən aşağı düşüb.

BAKU.WS
Türkiyə mətbuatına istinadən xəbər verir ki, model dostları ilə Taksimdə əyləndikdən sonra onların evinə gedib.

İddiaya görə, alkol qəbul edən Sabuncu pəncərə kənarına gəlib və müvazinətini itirərək beşinci mərtəbədən aşağı düşüb.

Dostları bir müddət onun yıxılmasından xəbərsiz olublar. Pəncərənin açıldığını görən dostlar, modeli aşağıda qanlar içində tapıblar. Dostlar təcili yardım və polis çağırıblar.

Reanimasiyaya yerləşdirilən Aleksandarının içkili olduğu və narkotikdən istifadə etdiyi üzə çıxıb.

Zülfiyyə Qurbanova
BAKU.WS