VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ermənistanda etiraz hərəkatının lideri, bu gün parlamentdə baş nazir seçilməmiş Nikol Paşinyan tərəfdarlarını ölkənin bütün yollarını, metro stansiyalarını, hava limanlarını bağlamağa səsləyib. O, mayın 2-də bütün ölkə üzrə tətil elan edib.

BAKU.WS xəbər verir ki, on minlərlə tərəfdarı qarşısında mitinqdə Paşinyan deyib: “Sabah bütün Ermənistanda ümummilli tətil elan edilir. Saat 8:15-dən etibarən Ermənistanın bütün küçələri, metro, aeroportlar, mümkün olan hər yer bağlanır. Mən baş nazir postuna namizəd kimi bütün dövlət qulluqçularına müraciət edirəm – tətil elan edirik”.

Onun sözlərinə görə, vətəmndaşlıq itaətsizliyinə bütün Ermənistan əhalisi qoşulmalıdır.

“Bu, erməni xalqının ulduz saatıdır”, - Paşinyan qeyd edib.

BAKU.WS