SİZİN REKLAM BURADA!
055 213 76 73



Səyahət əsnasında otel və ya kirayələdiymiz evdən gedərkən bir şey unudub- unutmadığımızı mütləq yoxlayırıq, amma bəzən gözümüzdən nə isə qaçdığı məqamlar da olur. İndi oxuyacağınız hadisə də buna bənzərdir.

BAKU.WS
milli.az-a istinadən xəbər verir ki, ABŞ-da bir otel işçisini tapdığı əşya şoka salıb.

Başqa bir şəhərə köçən yaşlı cütlüyün başına gələn bu əhvalat xeyirxah bir hadisəyə səbəb olub. Miçiqanda yaşayan cütlük Kentukidəki oğullarına yaxın yaşamaq üçün köçməyə qərar verib.

Yükdaşıma şirkəti əşyaları TIR-a yükləyərkən yaşlı cütlük bir otel otağına köçüb. Cütlük illərdir topladıqları 11 min dollarlıq nəğd pulu da otelə köçərkən özləri ilə aparıb.

Yeni evə köçəndə isə yanlarında olduğunu düşündükləri pulu tapa bilməyiblər.

Nə edəcəklərini bilməyən və hər yeri axtaran cütlük pulu tapa bilməyincə böyük həyəcan keçiriblər.

Cütlük oteldən çıxdıqdan sonra təmizlik üçün otağa girən otel əməkdaşı Brigid Murray şkaflardan birində xeyli midarda nəğd pul tapıb.

Heç kimə demədən pulu götürə biləcəyi təqdirdə Brigid tapdığı pulu otel rəhbərliyinə təhvil verərək, cütlüyün itirdikləri pula qovuşmaqlarını təmin edib.

Brigidin iş yoldaşları həyatlarında heç bu qədər dürüst bir insanla tanış olmadıqlarını söyləyirlər.

Məlumata görə, yaşlı qadın pulu tapıldıqdan sonra ağlayıb.

BAKU.WS