40 gündə ərsəyə gətirilən Türkiyənin ilk insanabənzər robotu "Tomyris" təqdim olunub

40 gündə ərsəyə gətirilən Türkiyənin ilk insanabənzər robotu Tomyris təqdim olunub
Foto
Dünya 57

Türkiyənin "Biorobotec" şirkəti "Tomyris" adı verilən insanabənzər robot təqdim edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bursa Ulutek Texnoparkında fəaliyyət göstərən Biorobotec şirkəti "Cuma" adlı robot kodlaşdırma təlim materialından sonra süni intellektə malik insanabənzər robot "Tomyris" hazırlayıb.

Məlumata görə, "Tomyris" cəmi 40 gün ərzində istehsal edilib.

Üzündəki təkmilləşdirmələr sayəsində mimikaları ilə 9 fərqli duyğu göstərə bilən Tomiris, süni intellektlə təsvirin işlənməsi, dil, emosiya analizi və suallara cavab vermə kimi bacarıqlar əldə etmək üçün üzərində iş aparılır.

Üst bədəni istehsal edilən və üzündəki insanabənzər görünüş üçün silikon dəri araşdırmaları davam edən "Tomyris", 4 il ərzində yeni bacarıqlar qazanaraq qurum və təşkilatlarda köməkçi olaraq çalışmağı hədəfləyir.

"Biorobotec" şirkətinin sahibi Adem Aksu hazırlanan robotla bağlı bunları deyib:

40 gündə ərsəyə gətirdiyimiz Tomyris robotumuz əslində gələcək Tomyris-in ilk addımlarıdır. 4 ildən sonra Tomyris robotumuzu insanabənzər görünüşü ilə sahədə görməyə başlayacağıq.

Bu 40 gündə Tomiris artıq 9 fərqli emosional vəziyyəti üzündə əks etdirə bilir. Buna görə Türkiyənin ilk həqiqi insanabənzər robotu deyirik.

Tomiris hal-hazırda üz əzələləri ilə təbəssüm, sevinc, kədər, təəccüb və qorxu kimi duyğuları ifadə edə bilir.

Gələcəkdə süni intellekt vasitəsilə emosiyaların təhlili sayəsində danışdığı insanın emosional vəziyyətini tənzimləmək və buna uyğun mimikaları hərəkət etdirmək mümkün olacaq".

Son xəbərlər