VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bir neçə gündür İranı bürümüş etiraz aksiyalarında həlak olanların sayı 22 nəfərə çatıb.

BAKU.WS-in məlumatına görə, etirazçılar polis məntəqələrini və hərbi bazaları ələ keçirməyə çalışıblar. Etiraz aksiyalarının iştirakçılarının silahı olduğu bildirilir.

Kehderican şəhərində bir qrup etirazçı polis bölməsinə hücum edib. Polislərlə etirazçılar arasında atışma baş verib və nəticədə 5 aksiyaçının öldüyü bildirilir.

Bəzi məlumatlara görə, nümayişlər zamanı 1 polis həyatını itirib.

İran dövlət televiziyalarının məlumatına görə, ölənlər arasında 11 yaşlı uşaq da var. Nümayişçilərdən saxlanılanların olduğu bildirilir.

İranın milli təhlükəsizlik üzrə Ali şurasının katibi, general Əli Şamxani isə bəyan edib ki, İran hakimiyyəti Tehranda və ölkənin digər şəhərlərində baş qaldırmış etirazlarla bağlı narahatçılıq keçirmir.

General bildirib ki, etiraz aksiyaları İran xalqının bir hissəsinin ölkədəki iqtisadi vəziyyətlə bağlı narazılığı nəticəsində başlayıb. “İranın dirçəlməsini əngəlləmək, ona daxildən zərbə vurmaq istəyən qüvvələr isə bundan istifadə etməyə çalışır”-Şamxani əlavə edib. Onun sözlərinə görə, İranda hazırda baş verənlər “bir neçə günə” sakitləşəcək.

Hökümətə qarşı şuarlar səsləndirən etirazçılar isə iqtisadi tələblər irəli sürür.

BAKU.WS