31 yaşında ölən müğənni 24 milyonluq sərvətini heç kimə vəsiyyət etmədi

31 yaşında faciəvi şəkildə ölən "One Direction" qrupunun keçmiş solisti Liam Peynin sərvətini heç kimə vəsiyyət etmədiyi ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, ilkin olaraq gənc ifaçının sərvətinin dəyəri açıqlanıb. Ümumi məbləğ 24 milyon funt-sterlinq edib.
Bu barədə "BBC" məlumat yayıb. Peyn mal-mülkünü heç kimə vəsiyyət etməyib.
Heç vaxt ailə qurmayan Liyamın müğənni sevgilisi Çerildən Bear adlı 8 yaşında bir oğlu var.
Çerilin vəkili Riçard Brey bildirib ki, o Peynin işlərini idarə edəcək, lakin sərvətindən müəyyən həddə qədər istifadə edə biləcək.
"BBC"nin əldə etdiyi məlumata görə Peynin mirasının ümumi məbləği 26 milyon funt-sterlinqdir. Lakin sənətçinin borcları səbəbindən 24 milyon funt-strelinq pul qalıb.
Xatırladaq ki, sənətçinin ötən il oktyabrın 16-da Kaliforniyada Palermo səmtindəki otelin eyvanından yıxılaraq qəfil ölümü fanatlarını sarsıdıb. Hadisə yerinə çağırılan təcili yardıma "Narkotik və alkoqolun təsiri altında olan aqressiv adam" qeydi bildirilib.
Qalereya
Oxşar xəbərlər
Hindistanın "IndiGo" şirkəti iyunun 14-nə qədər Daşkənd və Almatıya reysləri dayandırıb
Hindistanın "IndiGo" aviaşirkəti iyunun 14-nə qədər Daşkənd və Almatıya gündəlik reysləri dayandırıb. BAKU.WS Report"a istinadən xəbər verir ki, bu barədə şirkə...
