3 yaşlı qız başında bıçaqla XƏSTƏXANAYA GETDİ
Çində inanılmaz hadisə baş verib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, 3 yaşlı bir qız uşağı başına saplanan bıçaqla birlikdə anası ilə xəstəxanaya gedib. Hadisə kameralara əks olunub.
Hadisə, ananın onu qorxutmaq üçün bıçağı əlində tutması və onu bilmədən uşağın başına saplaması ilə baş verib. Bıçaq qızın qulağı yaxınlığına tuş gəlib.
Ana əvvəlcə bıçağı çıxarmağa çalışsa da, bacarmayıb və qızını birbaşa xəstəxanaya aparıb. Həkimlər əməliyyatla bıçağı çıxarıblar və uşağın vəziyyəti stabildir, həkim nəzarətindədir.
Hadisə Çin sosial mediasında geniş yayılıb. Milyonlarla insan görüntüləri izləyərək ananın diqqətsizliyini tənqid edib.
Oxşar xəbərlər
ABŞ İranla əlaqələrə görə hüquq şirkətinə sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi Yunanıstan və Panamada ofisləri olan "Karnakis and Karnakis" hüquq şirkətinə İran məhsullarının beynəlxalq bazarlara tədarükünə kömək ehti...