3 insanı kor etdi - 8.2 milyon məhsul bazarlardan yığışdırılır

3 insanı kor etdi - 8.2 milyon məhsul bazarlardan yığışdırılır
Foto
Dünya 136

ABŞ-də "Thermos" markasına aid milyonlarla məhsul təhlükəli olduğu üçün bazarlardan yığışdırılır.

BAKU.WS xəbər verir ki, şirkət ümumilikdə 8,2 milyon ədəd termos və qida qabını könüllü şəkildə toplanılır.

Buna səbəb məhsulların qapaqlarının açılarkən qəfil və güclü şəkildə istehlakçıya doğru sıçraması ilə bağlı daxil olan şikayətlərdir.

3 insanı kor etdi - 8.2 milyon məhsul bazarlardan yığışdırılır

Məsələ ilə bağlı açıqlama verən şirkət rəhbərliyi bildirib ki, geri çağırılan modellərdə təzyiqi tənzimləyən xüsusi qurğu mövcud deyil. Bu isə qabın içində uzun müddət saxlanılan qida və içkilərin təzyiq yaratmasına, nəticədə qapağın açılarkən nəzarətsiz şəkildə sıçramasına səbəb olur.

Rəsmi məlumatlara görə, hadisə ilə bağlı 27 yaralanma halı qeydə alınıb. Bu hallarda müxtəlif kəsiklər və tibbi müdaxilə tələb edən xəsarətlər baş verib.

3 insanı kor etdi - 8.2 milyon məhsul bazarlardan yığışdırılır

Ən ağır nəticə isə üç nəfərdə qeydə alınıb. Qapağın gözə dəyməsi nəticəsində həmin şəxslər həmişəlik görmə qabiliyyətini itiriblər.

Geri çağırma prosesi əsasən 2023-cü ilin iyul ayından əvvəl istehsal olunan müəyyən modelləri əhatə edir.

Bunlara "Stainless King Food Jar" seriyasının "SK3000" və "SK3020" modelləri, həmçinin "Sportsman Food & Beverage Bottle" seriyasının "SK3010" modeli daxildir. Bu məhsullar 2008-2024-cü illər ərzində ABŞ bazarında təxminən 30 dollar qiymətə satışda olub.

3 insanı kor etdi - 8.2 milyon məhsul bazarlardan yığışdırılır

Şirkət sözügedən məhsullara sahib olan istifadəçilərə dərhal istifadəni dayandırmağı tövsiyə edib.

Bildirilir ki, müştərilər rəsmi sayt vasitəsilə müraciət edərək ya yeni məhsul, ya da təzyiq valfi olan yenilənmiş qapaq əldə edə bilərlər.

Lakin geri qaytarma zamanı pul ödənişi nəzərdə tutulmur və məhsulların mağazalara aparılmasına ehtiyac yoxdur.

Eyni zamanda qeyd olunur ki, dəyişdirmə prosesi 7-9 həftə davam edə bilər.

Məhsulların Çin və Malayziyada istehsal olunduğu, ABŞ-nin İllinoys ştatında yerləşən "Thermos" şirkəti tərəfindən idxal edildiyi açıqlanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər