28 yaşlı sosial media fenomeni qaçırılaraq öldürülüb – 7 həftəlik hamilə olduğu üzə çıxıb
Hindistanda 28 yaşlı sosial media fenomeni Manjeet Kaur ağır hücumdan sonra xəstəxanada həyatını itirib.
BAKU.WS xəbər verir ki, Kaurun anasının iddiasına görə, gənc qadın iyulun 3-də iki tanışı tərəfindən qaçırılıb, Morinda yaxınlığındakı meşəlik əraziyə aparılaraq ağaca bağlanıb və yandırılıb.
Bədəninin 40-45 faizi yanıq olan Kaur təxminən iki ay müalicə olunub. O, avqustun 26-da vəfat edib.
Hadisədən sonra aparılan ekspertizada Kaurun ölümündən əvvəl təxminən 7 həftəlik hamilə olduğu müəyyənləşib. Polis iki şübhəli barədə adam oğurluğu və qətl işi açıb, araşdırma davam edir.
Oxşar xəbərlər
Ekrem İmamoğluna hökm oxundu
İstanbul Bələdiyyəsinin sabiq sədri Ekrem İmamoğlu haqqında növbəti məhkəmə hökmü çıxarılıb. O Tuzlanın sabiq icra başçısı Şadi Yazıcıya qarşı təhqiramiz ifadəl...