25 ölkənin XİN rəhbəri İsraildən Qəzzada tibbi dəhliz açmasını istəyib
Yeniliklərdən dərhal xəbərdar olun
25 ölkənin xarici işlər nazirləri və Avropa Komissiyasının Böhranlara Hazırlıq və Yardım üzrə komissarı Aca Ləbib İsrailə müraciət edərək Qəzzadan yaralıların təxliyəsinə imkan verəcək tibbi dəhlizin fəaliyyətə başlamasını tələb ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Bəyanatda vurğulanır: "Biz İsraili Şərqi Qüds də daxil olmaqla, işğal olunmuş İordan çayının qərb sahilinə tibbi dəhlizi bərpa etməyə çağırırıq ki, Qəzzadan tibbi evakuasiya bərpa olunsun və xəstələr Fələstin ərazisində çox ehtiyac duyulan müalicəni ala bilsinlər."
Sənədi imzalayanlar arasında Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İtaliya, Kanada, Kipr, Lüksemburq, Litva, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Xorvatiya, Finlandiya və İsveçrə XİN rəhbərləri ilə yanaşı Avropa Komissarı Aca Ləbib də yer alıb.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...