Dünyanın ən yaşlı sakini 117 yaşında öldü

Dünyanın ən yaşlı sakini 117 yaşında öldü
Siyasət 89

2022-ci ildə planetin ən yaşlı insanı olan Maria Branyas Morera 117 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə mərhumun yaxınları X sosial şəbəkəsində məlumat veriblər.

“Maria Branyas bizi tərk etdi. O, istədiyi kimi öldü: yuxuda, ağrısız”, deyə sosial şəbəkədə qeyd olunub.

Amerika Gerontoloji Tədqiqat Qrupu (GRG) və Longevi Quest tərəfindən yüzillik yaşı olduğu təsdiqlənən Maria Branas Morera 19 avqust 2022-ci ildə polşalı Tekla Juniewicz-in ölümündən sonra planetin ən yaşlı yaşayan insanı olmuşdu.

Qeyd edək ki, martın 4-də Maria Branas Morera 117 yaşını qeyd etdi. Qadın İspaniyanın Girona şəhərində qocalar evində yaşayırdı. İspan qadının üç övladı və 11 nəvəsi var.

Son xəbərlər