SİZİN REKLAM BURADA!
055 213 76 73


İsveçrədə beynəlxalq Avroviziya mahnı müsabiqəsinə ev sahibliyi edəcək şəhər tapılıb. 

BAKU.WS xəbər verir ki, Sürix “Avroviziya 2025” mahnı müsabiqəsinə ev sahibliyi etmək üçün müraciət edib.

"Avroviziya" Sürixə özünü dünyaya açıq mədəniyyət və turizm mərkəzi kimi təqdim etmək imkanı verəcək", - meriyanın məlumatında deyilir.

Şəhərin meri Korin Mauch qeyd edib ki, Sürix inkişaf etmiş nəqliyyat infrastrukturuna və tədbir üçün lazımi məkana malikdir və eyni zamanda Avroviziya kimi “rəngli və canlı”dır.

Müraciət təsdiq olunarsa, yarış İsveçrənin ən böyük qapalı arenası olan 15 000 nəfərlik Hallenstadion stadionunda keçiriləcək. Sürix Sərgi Zalı stadionun yanında yerləşir və əlavə məkan ola bilər.

İsveçrə “Avroviziya 2025”in ev sahibi oldu, çünki isveçrəli müğənni Nemo “The Code” mahnısı ilə 2024-cü ildə İsveçin Malmö şəhərində keçirilən müsabiqənin qalibi oldu.

BAKU.WS