Krımda uşaqların istirahətinə qadağa qoyulması təklif edildi
25
iyn
2024
10:45
Rejissor Karen Şaxnazarov Ukrayna Silahlı Qüvvələrinin hücumları səbəbindən Krımda uşaqların istirahətinin qadağan olunmasını təklif edib.
Bu barədə "BRIEF" Telegram kanalında məlumat verilib.
"Yaxşı, böyüklər cəsurdur, heç nədən qorxmur. Amma uşaqları belə bölgələrə, Krım kimi yerlərə istirahətə aparmaq bəlkə də lazım deyil. Aydındır ki, ora hücumlar davam edəcək," - deyə rejissor bildirib.
Şaxnazarov əlavə edib ki, hərbi əməliyyatlar daha amansız forma almağa başlayıb. Rejissor belə vəziyyətlərdə nəyisə qurban vermək lazım olduğunu dilə gətirib.
Oxşar xəbərlər
Ukrayna və Qərbin Azərbaycana qarşı hibrid əməliyyatı - FOTO
Rusiya-Ukrayna müharibəsi, daha doğrusu, Rusiya ilə Qərb arasında qlobal qarşıdurma təkcə döyüş meydanlarında deyil, həm də informasiya müstəvisində gedir. Bura...