SİZİN REKLAM BURADA!
055 213 76 73


Evinin vanna otağında ölü tapılan aktyor Metyu Perri ilə bağlı yenidən istintaq başladılıb.

BAKU.WS xəbər verir ki, "Friends" ulduzunun ölüm səbəbi göstərilsə də, Los-Anceles polisi və Narkotiklərlə Mübarizə İdarəsi bu barədə yenidən araşdırmalara başlayıb.

İndi onun bədənində tapılan ketamini haradan əldə etdiyi müəyyənləşdiriləcək.

"Qəza" kimi qələmə verilən aktyorun ölümündə "boğulma" da önəmli rol oynayıb. Perri depressiyaya qarşı ketamin infüzyon müalicəsi alıb.

Sənədlərdə ona edilən son ketamin müalicəsinin ölümündən bir həftə əvvəl olduğu qeyd edilib.

Metyu karyerasının zirvəsindəykən spirtli içki və narkomaniyaya qarşı müxtəlif reabilitasiya mərkəzlərindən müalicələr alırdı.

Xatırladaq ki, Perrinin ölüm səbəbi kimi "ketaminin kəskin təsirləri" göstərilmişdi. Qanında ketamin tapılan aktyorun vannada boğulduğu qeyd edilmişdi. Los-Anceles Bölgəsi Tibbi Müayinə Şöbəsi tərəfindən hazırlanan təqdimatda aktyorun ölümü "qəza" kimi qiymətləndirilmişdi. Aktyor ötən ilin oktyabrında Malibudakı evində ölü tapılıb. 

BAKU.WS