Dağıstanın daha bir şəhərində atışma olub, bir polis ölüb, altısı yaralanıb

Dağıstanın daha bir şəhərində atışma olub, bir polis ölüb, altısı yaralanıb
Hadisə 89

Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində naməlum şəxslərin hücumu nəticəsində 1 polis əməkdaşı həlak olub, 6-sı yaralanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Mahaçqalada ilkin olaraq bir polis əməkdaşı həlak olub, altısı yaralanıb”, - məlumatda deyilir.

Mülki əhali arasında yaralı və ölənlərin olmadığı qeyd edilir.

Bundan əvvəl Dağıstanın Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub, bir polis əməkdaşı həlak olub, biri isə yaralanıb.

Son xəbərlər