SİZİN REKLAM BURADA!
055 213 76 73


2000-ci illərdə rep ifaçılarının sevimlisi olan cinslər qadınlar üçün dəbə çevrilib.

BAKU.WS xəbər verir ki, bu barədə “Vogue” jurnalının fransız versiyası yazır.

Söhbət geniş cins şalvarlardan gedir - reperlərin belini aşağı saldığı geniş paçaları olan bol şalvarlar. Qeyd olunur ki, bu geyimlər 2024-cü ildə “Balenciaga”, “Loewe” və “Gucci” kimi məşhur brendlərin yaz-yay kolleksiyalarında yer alıb.

Bundan əlavə, bir çox məşhurların bu cins şalvarları ictimai yerlərdə geyindiyi görülüb. Məsələn, amerikalı müğənni və aktrisa Cennifer Lopez, televiziya ulduzu Kim Kardaşyan, model Emili Ratajkovski oxşar kəsikli şalvar geyinib.

BAKU.WS