SİZİN REKLAM BURADA!
055 213 76 73


50 yaşdan yuxarı qadınlara dar cins şalvar, eləcə də çoxlu dekorativ elementləri olan modellər geyinmək tövsiyə edilmir.

BAKU.WS Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə stilist Anna Skoroxodova məlumat verib.

"50 yaşdan yuxarı qadınlar dar cins şalvar geyinməməlidir.Həddindən artıq dar modellər sizi cavan göstərmir, əksinə, bədən qüsurlarını ön plana çıxara bilər. Çoxlu dekorativ elementləri olan cins şalvarlardan da çəkinməlisiniz", - o, qeyd edib.

50 ildən sonra yırtılmış dizaynlı cins şalvarlara da diqqət yetirmək lazımdır.

Əgər sözügedən yaş qrupuna aid olan xanımlar yırtılmış şalvarları geyinmək istəyirlərsə, o zaman onları əsas əşyalarla, məsələn, boş ağ köynəklər, gödəkçələr ilə kombinləyə bilərlər.

Həmçinin, 50 yaşdan yuxarı qadınlara qısa model cins şalvarlardan çəkinmələri tövsiyə olunur. Bu model ayaqları vizual olaraq qısa göstərir.

Lakin bu o demək deyil ki, 50 yaşdan yuxarı qadınlar ümumiyyətlə cins şalvar geyinməməlidir.Stilist qeyd edib ki, düzgün seçilmiş model onlara daha gənc və vizual olaraq daha incə görünməyə kömək edəcək.

Uzun illərdir dəbdən düşməyən "mom jeans" və ya "boyfriend" cins şalvarları unutmamaq lazımdır.

BAKU.WS