SİZİN REKLAM BURADA!
055 213 76 73


10 il əvvəl bir çox Hollivud ulduzu biraraya gələrək "Oskar" mükafatlandırma mərasimində selfi çəkdirdi. Sözügedən fotoda Bred Pitt, Cennifer Laurens, Kevin Speysi, Ancelina Coli, Bredli Kuper və Culiya Roberts kimi tanınmışlar yer aldı. Məşhurların selfisi 10 il keçdikdən sonra sosial şəbəkələrdə "Lənətlənmiş Oskar foto" kimi yayılmağa başladı. Buna səbəb şəkildə yer alan məşhurların karyera və şəxsi həyatlarının son 10 ilində yaşadıqları uğursuzluqlardır.

BAKU.WS xarici KİV-ə istinadən həmin məşhurların yaşadıqları uğursuzluqları oxuculara çatdırır:

Aparıcı Ellen Deceneres

Amerikalı aparıcı 2020-ci ildə işçilərinə qarşı şiddət göstərməsi ilə gündəmə gəldi. Yayılan xəbərlər onun nüfuzuna ciddi təsir göstərdi. Bundan sonra insanların ona qarşı münasibəti dəyişdi. Sosial platformalarda Ellen "Yaşayan ən pis adam" kimi qələmə verildi. 

Aktrisa Cennifer Laurens

Aktrisa Cennifer Laurens şəkil skandalı yaşadı. 2014-cü ildə xakerlər onun şəkillərini internetə sızdırdı. Bu hadisə onda böyük travmaya səbəb oldu. 

Aktyor Kevin Speysi

Kevin Speysi 2017-ci ildə cinsi təcavüz qalmaqalı ilə üz-üzə qaldı. Bu səbəbdən o "Netflix"in layihələrindən çıxarıldı. ABŞ və Böyük Britaniyada çoxsaylı təcavüz iddiaları iə ittiham olundu. 

Aktyor Bred Pitt

Bred bu fotoda çəkildikdən iki il sonra həyat yoldaşı Ancelina Colidən ayrıldı. Boşanmağa səbəb isə Pitin Coliyə qarşı şiddət tətbiq etməsi göstərildi.

Aktyor Bredli Kuper

Bredli bu fotodan sonra 10 dəfə "Oskar"a namizəd olsa da, o mükafatı qazana bilmədi. 

Aktrisa Culiya Roberts

Culiya 2010-cu ildən sonrakı illərdə “Ticket to Paradise” adlı romantik janrlı filmə çəkildi. Lakin həmin ekran işi və çəkildiyi digər filmlər istehsalçılarını məyus edərək qazanc gətirə bilmədi.

Aktrisa Meril Strip

Bu fotodan sonra Merilin 45 illik evliliyi bitdi. 2017-ci ildə o əri Don Qammerdən ayrıldı.

BAKU.WS