SİZİN REKLAM BURADA!
055 213 76 73


Keçmiş cütlük Ancelina Coli ilə Bred Pittin övladlarının qəyyumluq hüququ ilə bağlı davam edən məhkəmə prosesi yekunlaşıb.

BAKU.WS “BBC news”a istinadən xəbər verir ki, cütlük arasında 4 ildir davam edən mübarizədə Bredin lehinə qərar qəbul edilib.

Belə ki, Ancelina ilə Bred həyat yollarını ayırdıqdan sonra məhkəmə qəyyumluq hüququnun Ancelinaya verilməsi, Bredin isə müəyyən günlərdə övladını görə biləcəyi haqqında qərar qəbul edib. Bununla belə məhkəmə prosesi bir neçə il davam edib və yekunda hər iki tərəfə övladları üzərində ortaq qəyyumluq hüququ verib.

Qərardan razı qalmayan Coli hakimi tənqid edib. O, övladlarının qəyyumluq hüququnu zorakılıq tətbiq edən şəxsə (Bred Pitt red.) verilməsini qınayıb. Buna səbəb Ancelinanın Pittin övladlarına da zərər verə biləcəyindən qorxmasıdır.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda yayılan xəbərlərə əsasən, cütlüyün övladlığa götürdüyü ən böyük övladı Madoks Bredin ona qarşı şiddət tətbiq etdiyini bildirib.

BAKU.WS