VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivud ulduzları canlandırdığı obrazlarla yanaşı yaşadığı sevgi münasibətləri ilə də daim diqqət mərkəzində olublar. Onlardan bəzilərinin çox danışılan eşq hekayələri qalmaqalla başlayıb. Belə ki, bir çox məşhurlar ailəli olduğu halda başqası ilə gizli sevgi münasibətləri quraraq həyat yoldaşlarına xəyanət ediblər. 

Bu dəfə BAKU.WS oxuculara ailə həyatını ayrılıq üzərində quran Hollivud məşhurlarını təqdim edir:

Ancelina Coli və Bred Pitt cütlüyü

Məşhur aktrisa Ancelina Coli həmkarı Bred Pittlə eşq macərası yaşadığı vaxtlar aktyor Cenifer Enistonla evli olub. Ancelina və Bredin sevgisi "Mr. and Mrs. Smith" filmindən başlayıb. Ekran işinin çəkilişləri başa çatdıqdan sonra Bred həyat yoldaşı Ceniferə ondan boşanmaq istədiyini açıqlayıb. Bu addımına görə hətta Cenifer Colini məhkəməyə verib.

Bleyk Layvli və Rayan Reynolds cütlüyü

Hollivudun digər məşhur cütlüyü Bleyk və Rayan eşq yaşayarkən aktyor Skarlet Yohansonla ailəli olub. Xəyanəti öyrənən Yohanson dərhal evliliyini bitirib. Nəticədə Bleyklə Rayn 2012-ci ildə ailə həyatı qurublar. Hazırda onların 4 uşağı var. 

Lienn Rayms və Eddi Sibrian cütlüyü

Amerikalı müğənni Lien Rayms Hollivudun ən böyük sevgi qalmaqalı yaşayan məşhurlarından biridir. O, rəqqas Din Şeremetlə evliykən filmdə tərəf müqabili olan Eddi Sibriana vurulur. Həmin vaxt Sibrian da ailəli olub. Bundan sonra cütlük uzun müddət gizli eşq yaşamağa davam edir. Bir gün Rayms həyat yoldaşına, "Mən Eddi ilə uzun müddətdir eşq yaşayıram. Çox güman ki, artıq mətbuatda bizim öpüşərkən çəkilən şəkilimiz yayımlanacaq", - sözlərini söyləyib. Bundan sonra Sibrian həyat yoldaşından boşanıb. 2011-ci ildə ailə həyatı quran Raymsla Sibrianın xoşbəxt evliliyi bu günə qədər davam edir. 

Riçi Sambora və Deniz Riçards cütlüyü 

Musiqiçi Riçi Sambora ilə Hizer Loklirin xoşbəxt evliliyi var idi. Bu xoşbəxtlik Loklirin yaxın rəfiqəsi, amerikalı aktrisa Deniz Riçardsın onların ailəsinə girməsi ilə pozulur. Çarli Şindən qalmaqallı şəkildə ayrılan Riçards rəfiqəsinin əri ilə eşq yaşamağa başlayır. Bununla da Riçi Sambora həyat yoldaşı Hizerə xəyanət edir. 

Tori Spellinq və Din Makdermot cütlüyü 

Tori Spellinq və Din Makdermot cütlüyü "Mind Over Murder" adlı filmin çəkiliş meydanında tanış olublar. Onların hər ikisi evli olsalar da, ekran işinin çəkilişləri zamanı eşq yaşamağa başlayıblar. Bundan sonra Tori və Din həyat yoldaşlarından boşanıblar. 2006-cı ildən evli olan cütlüyün beş övladı var. 

BAKU.WS