SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivudun keçmiş cütlüyü Ancelina Coli ilə Bred Pitt arasında yenidən gərginlik yaşanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hazırda "Chateau Miraval" şərab evini paylaşa bilməyən Ancelina ilə Bred yeni qalmaqalla gündəmi zəbt ediblər.

Belə ki, Pitt Ancelinanın rusiyalı iş adamı Yuri Viktoroviç Şeflerlə olan mesajlarını ifşa edib.

Aktrisa 2021-ci ildə şərab evinin bir hissəsini Şeflərə satıb. Ortaya çıxan mesajlarda Şeflerin Ancelinanı Şotlandiyadakı evinə dəvət etdiyi məlum olub. İş adamı ona övladları ilə gələ biləcəyini də deyib. Coilinin isə bu dəvəti qəbul edib ora getdiyi dəqiq bilnmir.

Xatırladaq ki, Bred Pittlə Ancelina Coli "Chateau Miraval" malikanəsi və üzümlüyünə 60 milyon dollar ödəyərək satın alıblar. Mülk Fransanın Provans vilayətində yerləşir.

BAKU.WS