Ərdoğan: İslam dünyası birlik üçün səylərini artırmalıdır

15
apr
2024
22:01
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə telefon danışığı aparıb.
"Report" xəbər verir ki, söhbət zamanı qlobal və regional problemlər, Yaxın Şərqdəki vəziyyət müzakirə edilib.
Ərdoğan bildirib ki, İslam dünyasının birlik içində səylərini artırması vacibdir.
Türkiyə liderinin sözlərinə görə, bölgədə gərginliyin yayılmasının qarşısını almaq üçün Qəzzadakı müharibə dərhal dayandırılmalıdır.
Oxşar xəbərlər
Blinken İstanbulda Ərdoğan və Fidanla görüşüb, Qəzzadakı son durum müzakirə olunub - YENİLƏNİB
Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinkenin müzakirə etdikləri məsələlər açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki,...