Türkiyədə bələdiyyə sədri həbs olundu - FOTO
Türkiyənin Antalya şəhərinin Kəpəz bələdiyyəsinin sədri Mesut Kocagöz funikulyor qəzası ilə əlaqədar həbs edilib.
Bu barədə “Cumhuriyet” qəzeti yazıb.
Antalyadakı funikulyor qəzası ilə əlaqədar keçirilən məhkəmədə Kəpəz bələdiyyəsinin sədri Mesut Kocagöz də daxil olmaqla beş nəfər həbs olunub, yeddi nəfər sərbəst buraxılıb.
Qeyd edək ki, martın 31-də 56 yaşlı Mesut Kocagöz Cümhuriyyət Xalq Partiyasından (CHP) Kəpəz bələdiyyəsinə sədr seçilib. O həmçinin funikulyora cavabdeh “Anet” şirkətinin (bələdiyyəyə məxsusdur) idarə heyətinin sədri olub.
Xatırladaq ki, aprelin 13-də Antalyada baş vermiş funikulyor qəzasında bir nəfər ölüb, 10 nəfər yaralanıb.//report
Qalereya
Oxşar xəbərlər
Türkiyədə seçkilərdə səslərin 99 faizdən çoxu hesablanıb - YENİLƏNİB - 2
Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərə verilən səslərin 99 faizdən çoxu hesablanıb. "Report" xəbər verir ki, ölkə üzrə sandıqların 99,37 fai...