SİZİN REKLAM BURADA!
055 213 76 73


"Yeşilçam"ın məşhur aktyorlarından olan Sertan Acar illər sonra görüntülənib. 

BAKU.WS xəbər verir ki, sənətçi aktyorluq fəaliyyətini dayandırdıqdan sonra diş həkimi olub.

Hazırda Sertan Acar Kocaelinin Kerpe bölgəsində təbiət qoynunda yaşayır. İllər sonra görüntülənən aktyoru sevənləri tanımaqda çətinlik çəkiblər.

O bildirib ki, kino fəaliyyətini dondurduqdan sonra ona xeyli rol təklifləri gəlib. Lakin aktyor, bu təklifləri geri çevirib.

Sertan Acar qeyd edib ki, köhnə filmlərini izləyərkən kövrəlir. Yenidən çəkiliş anına qayıdır.

Sertan aktyorluğa yeni başladığı vaxlarda mərhum həmkarı Cüneyt Arkının ona dəstək olduğunu da açıqlayıb.

Gənc aktyor Arkınla "Battal Gazi'nin İntikamı" filminə də çəkilib.

Xatırladaq ki, Sertan Acar karyerasına ilk dəfə Zeynep Değirmencioğlu ilə çəkildiyi "Ayşecik" filmi ilə start verib. 1971-1973-cü illərdə aktyor sadəcə 6 filmdə yer alıb. 

BAKU.WS