SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Cüneyt Arkın əsl adı Fəxrəddin Cüreklibatırdır. O 1937-ci il sentyabrın 8-də Türkiyənin Əskişəhər şəhərində anadan olub. Atası Qurtuluş Müharibəsinə qatılmış Hacı Yaqub Cüreklibatırdır.

Lisey təhsilini Əskişəhər Atatürk Liseyində alıb, 1961-ci ildə İstanbul Tibb Fakültəsinin məzunu olub. C.Arkın “Yeşilçam”ın (Türkiyənin kino sənayesi) korifeylərindən sayılır. O, 500 filmdə rol alıb.

BAKU.WS