SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli məşhur rejissor Türker İnanoğlu vəfat edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca bildirib.

O sosial şəbəkədə paylaşım edərək 87 yaşlı rejissorun vəfat etdiyini vurğulayıb:

"Sənət dünyamızın məşhur rejissoru Türker İnanoğlu səhhətində yaranan problem səbəbilə yerləşdirildiyi xəstəxanada vəfat edib. Ona Allahdan rəhmət yaxınlarına yaxınların başsağlığı verirəm. Sevənləri olaraq kədərimiz böyükdür".

Xatırladaq ki, Türker İnanoğlu 1936-cı ildə doğulub.

O karyerası boyunca "Aşk Mücadelesi", "Yağmur", "Ağlama Değmez Hayat", "Şafakta Buluşalım", "Yumurcak Köprüaltı Çocuğu", "Meyhaneci", "Kiralık Koca", "Çöpçatan", "Kanun Kanundur" kimi ekran işlərinin rejissorluğunu edib.

Türker İnanoğlu 1964 -1974-cü illərdə "Yeşilçam"ın məşhur aktrisaları Filiz Akınla evli olub.

1975-ci ildən bu günə qədər isə "Yeşilçam"ın digər məşhur aktrisası Gülşen Bubikoğlu ilə ailəli olub.

Rejissorun Filiz Akınla evlıiliyindən dünyaya gələn oğlu İlker İnanoğlu məşhur aktyordur. 

BAKU.WS