Dövlət Departamenti İran səfirliyinə hücumu İsrailin etdiyini təsdiqləməyib
01
apr
2024
23:49
ABŞ-nin Dövlət Departamenti İranın Suriyadakı səfirliyinə hücumunun arxasında İsrailin durduğunu təsdiqləməyib.
“Report” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə söyləyib.
Miller “nə hədəfin, nə də məsul tərəfin müəyyənləşmədiyini” söyləyib:
“Bunun tam olaraq nə olduğu barədə məlumat toplamamışdan əvvəl mən bu barədə konkret danışmaq istəmirəm”.
Eyni zamanda, o, Vaşinqtonun bölgədəki eskalasiyadan narahatlığını çatdırıb.
Oxşar xəbərlər
İran nə üçün Suriyadakı səfirini Ermənistana göndərdi? - VİDEO
Ermənistan-Azərbaycan və İran-Azərbaycan münasibətlərində ciddi gərginlik yaşandığı bir vaxtda İran hakimiyyətinin atdığı bir addım yetərincə diqqət çəkməklə ya...