SİZİN REKLAM BURADA!
055 213 76 73


“Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində xəsarət alanların sayı 372-yə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, martın 27-də Moskva vilayətinin Səhiyyə Nazirliyi konsert zalında törədilən terror aktı qurbanlarının siyahısını yeniləyib. Vurğulanır ki, 83 nəfər xəstəxanaya yerləşdirilib, 40 nəfər isə evə buraxılıb.

Bundan əvvəl “Crocus Group”un sahibi və prezidenti Araz Ağalarov və oğlu Emin Ağalarov hücum qurbanlarına kömək məqsədilə 100 milyon rubl ayırıblar.

Qeyd edək ki, Moskva yaxınlığında, Krasnoqorskda yerləşən “Krokus Siti Holl”ərazisində terror aktı martın 22-də axşam saatlarında baş verib.

BAKU.WS