SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni İbrahim Tatlısesin əkiz nəvələri İbrahim Ayel və Sinan Emirin otağının görüntüləri yayılıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, uşaq yatağı və atraksiyonun yer aldığı açıq rəngli otaq sahəsinin genişliyi ilə diqqət çəkib. Sosial şəbəkələrdə yayılan video müzakirələr yaradıb.

Belə ki, istifadəçilərin böyük əksəriyyəti otağın onların yaşadığı evdən daha böyük olduğunu qeyd ediblər.

Xatırladaq ki, İbrahim Ayel və Sinan Emir İbrahimin müğənni oğlu İdo Tatlıesesin övladlarıdır. İdo model Yasemin Şefkatlı ilə evlidir. 

BAKU.WS sözügedən görüntüləri təqdim edir:

BAKU.WS
VİDEO