Rusiyada eyni vaxtda iki neft emalı zavoduna PUA hücumu - Yanğın baş verib - VİDEO
16
mar
2024
09:31
Rusiyanın Samara vilayətində bir anda iki müəssisəyə dronlar hücum edib.
BAKU.WS xəbər verir ki, bu barədə Baza teıeqram kanalı məlumat yayıb.
Bildirilib ki, hücum yerli vaxtla səhər saat 6-da baş verib.
İlk pilotsuz təyyarə Sızrandakı neft emalı zavodunun ərazisinə hücum edib. Orada yanğın başlayıb. Hazırda yanan sahə 500 kvadratmetrdir.
Operativ xidmətlər hadisə yerindədir.
Eyni zamanda daha bir neçə pilotsuz təyyarə Novokuybışev neft emalı zavoduna hücum edib. Orada da yanğın başlayıb, yanğın yarım saatdan sonra söndürülüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...