Bu foto 14000 şəkil arasında birinci oldu - FOTO
Böyük Britaniyada keçirilən Vəhşi Təbiət Fotoqrafiya Müsabiqəsinin qalibi bəlli olub.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, böyük mükafatı midyələr yapışan futbol topu əks olunan fotonun sahibinə təqdim edilib. Sözügedən fotoqrafın adı Rayan Stolkerdir.
Həvəskar və peşəkar fotoqrafların 14000 şəkil göndərdiyi müsabiqədə nailiyyət qazanan Rayan eyni zamanda "Sahil və dəniz həyatı" kateqoriyasının da qalibi seçilib.
Stolker fotosu haqqında "Suyun səthində yalnız bir top görünür, lakin suyun altında heyvan koloniyaları var idi. Dənizdəki tullantıların sayının artması sahillərimizi itirmək riskini artırır" - deyə bildirib.
Oxşar xəbərlər
2023-cü ilin ən yaxşı təbiət şəkilləri - FOTO
"Nature's Best Photography (NBP)" 2023 mükafatları öz qaliblərini tapıb. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ilin ən yaxşı təbiət fotoşəkillərinin...