SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Konya şəhərində NF-5 tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 12.51-də baş verib.

Təyyarədən paraşütlə tullanaraq sağ qalan pilot xəstəxanaya göndərilib.

Türkiyə Milli Müdafiə Nazirliyi Konyada təlim uçuşu zamanı Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğradığı ərazidə uçuş-enmə zolağı təmiri işləri aparan şəxsi heyətdən bir nəfərin şəhid olduğunu açıqlayıb.

Qeyd edək ki, təlim təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk ulduzları" pilotaj qrupuna məxsus olub.

***14:25

Türkiyənin Konya şəhərində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Sabah" nəşri məlumat yayıb.

Konya 3-cü Əsas Jet Yüksək Komandanlığına aid "Türk Ulduzları"na məxsus təlim təyyarəsinin eniş zamanı qəzaya uğradığı və təyyarəni idarə edən pilotun paraşütlə atıldığı deyilir.

Əraziyə çox sayda xilasedicilər göndərilib.

BAKU.WS